Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu gün 3 oyun var



Bu gün Topaz Premyer Liqasında sonuncu - 28-ci tura start veriləcək. 
 
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 3 oyun keçiriləcək.
 
“Neftçi” səfərdə “Kəpəz”in qonağı olacaq. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaq.
 
Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizədə “Zirə”ni heç-heçə də qane edir. Lakin dördüncü yeri tutmaq və avrokuboklar şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla tərk etməlidir.
 
Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkəcək.
 
Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək. 
 
Topaz Premyer Liqası
28-ci tur
20 may (bazar)
 
17:15 “Səbail” – “Keşlə”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”
 
17:15 “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu, 17:15
 
17:15 “Sumqayıt” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

“Kapital Bank Arena”

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений