Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu gün Cümhuriyyətin ilk baş nazirinin qətlə yetirildiyi gündür



Bu gün Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Nazirlər Şurasının ilk sədri (1918—1919) və daxili işlər naziri (1918), bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) Fətəli xan Xoyskinin qətlə yetirildiyi gündür.

Cebhe.info xəbər verir ki, Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçüb, orada 19 iyun 1920-ci ildə qətlə yetirilib.

Onun qatilləri "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan olub. Onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açıblar. 

F.X.Xoyski indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений