Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu gün dollardan YAXŞI XƏBƏR?



“ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iyunun 13-də keçiriləcək toplantısında uçot dərəcəsi artırılmayacaq”. 

Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli deyib. 

O qeyd edib ki, uzunmüddətli geosiyasi gərginlik, Amerikanın Avropa dövlətlərinə tətbiq etdiyi gömrük rüsumlarının artırılması, Kanada-Amerika münasibətlərində strateji tərəfdaşlıqla bağlı narahatlıqlar var: 

“Avropa bazarlarını investisiya qoymaq arxa plana keçdiyindən investorların ABŞ bazarına marağı artıb. Hazırda Amerika dolları dünya valyutaları arasında liderliyini qorumaqdadır. Bu baxımdan, uçot dərəcəsinin artırılması şərtlərə uyğun deyil. Böyük ehtimalla uçot dərəcəsi artırılmayacaq. Artırılasa belə bu, nəzərəçarpacaq dərəcədə olmayacaq. ABŞ prezidenti Donald Trampın Şimali Koreya prezidenti Kim Çen Inla görüşü Amerikanın maliyyə vəziyyətinə təsir göstərən faktorlardan biridir. Bu, Amerikanın xeyrinə dəyişən situasiya olduğuna görə dolların mövcud dəyəri kifayət qədər yüksəkdir. Avropa birjalarında hərraclarda Amerika doları öz mövqeyini qoruyub saxlayır”. 

İqtisadçının qənaətincə, uçot dərəcəsinin artırılacağı təqdirdə Azərbaycana birbaşa təsirlərinin olmayacaq: 

“Azərbaycan idarəolunan məzənnə siyasəti həyata keçirdir. Rəsmi statistikaya görə ölkə əhalisi dollar alışını artırıb. Ümumiyyətlə, Azərbaycanda dollara olan tələbat iki dəfədən çox artıb. Bu da ölkədə dolların valyuta ehtiyatı olaraq azalmasına səbəb ola bilər. Amma hesab etmirəm ki, bu durum manatla - ABŞ dolları münasibətlərinə hər hansı təsir göstərəcək”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений