Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu il qıtlıq və bahalıq gözlənilir - SƏBƏB



“Qışın mülayim keçməsi bir sira sahələrə təsirsiz ötüşməyəcək”

Bu barədə Cebhe.info-ya “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı açıqlama verib.

O, bu cür vəziyyətin ötən illərdə də yaşandığını deyir: 

“Bu ilki proses bütün respublikanı əhatə etmədi. Dağlıq ərazilərdə qar yağdı. Aran bölgələrdə yaranan bu vəziyyət taxıla, digər məhsullara ciddi təsir göstərə bilər. Bu torpaqda bəzi proseslərin qeryri-təbii getməsinə, çıçəkləyən ağaclara təsir edir. Məhsul qıtlığının, bahalaşmanın yaranması mümkündür”.

Ekspertin sözlərinə görə, qışın mülayim keçməsi qlobal ekoloji problemlərlə bağlıdır. Ona görə də, hər hansı tədbirlərlə bunun qarşısının alınması mümkün deyil. O, eyni zamanda da bazarın istehlak məhsulları vaistəsi ilə tənzimlənməsinin mümkünlüyünü qeyd edir: 

“Bu o demək deyil ki, mütləq bahalaşma yaranacaq. İdxal vasitəsilə bahalaşmanın qarşısının alınması mümkündür”. 

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений