Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu jurnalistlərin övladları MƏZUN oldular - FOTOLAR



Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilir.

Təhsil Nazirliyindən bildirilib ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 83 001 nəfər şagird bitirir. Bunlardan 19 192 nəfər şagird Bakıda məzun olur.

Modern.az-ın məlumatına görə, bugün məzun adı qazanan yeniyetmələr arasında jurnalist övladları da var.

“Cümhuriyət” qəzeti və “Cebhe.info” saytının rəhbəri Rəfael Becanov oğlu Cavidin məzun olmağına sevinib.


Lent.az saytının redaktoru Kəmalə Quliyevanın oğlu İnqilab da bu gün məzun olan yeniyetmələr sırasındadır.

“Oxu.az” saytının parlament müxbiri Kamil Həmidovun qızı Məleykəxanım bu il 11-ci sinfi bitirib.


“Yeni zaman” qəzetinin əməkdaşı Məzahir Məmmədlinin qızı “Son zəng” mərasimində orta məktəbə əlvida deyib.


“Xural” qəzetinin rəhbəri Əvəz Zeynallının qızı Selcan da bu gün 11-ci sinfi başa vurub.   

Tanınmış telejurnalist, ATV telekanalında xarici ölkələr barədə müəllif proqramının aparıcısı Mirsəməd Cəfərlinin oğlu üçün bu gün son zəng çalınıb.


Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin oğlu Murad da 11-ci sinfi başa vurub.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin qızı Aysel "Son zəng" mərasimində məzun olub.

"Əmlak bazarı" jurnalının baş redaktoru Pərviz Rəhimoğlunun oğlan övladı Nicat da bu gün 11-ci sinfi bitirənlər sırasına qoşulub.

"Fed.az" saytının rəhbəri Əli Əhmədovun qızı Maya Əhmədovzadə üçün də bu gün "Son zəng" çalınıb. Yeri gəlmişkən, Maya Əhmədzadə ali məktəblərə yaz qəbul imtahanında 694 bal toplayıb. 

"Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərlinin qızı Çilənay da məzun olub. O, Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 11-ci sinfini bitirib.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin qızı Aliyə məzun olub. Aliyə builki qəbul imtahanında 576 bal toplayıb.


Azərbaycan Tərcümə Mərkəzinin mətbuat xidmətinin rəhbəri İlqar Rəsulun oğlu Anar da orta məktəbə "əlvida" deyən məzunlardan biridir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений