Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu meyvələrlə sızanaqlara son qoyun



Axşam.az xarici KİV-ə istinadən sızanaqlardan canınızı qurtaracaq maskaları təqdim edir:

Limonlu maska - ən sürətli təsir göstərəni limonlu maskadır. 3 xörək qaşığı limon suyu və 2 xörək qaşığı balı qaba töküb, yaxşıca qarışdırın. Sonra sızanağın olduğu yerə vurun. 15 dəqiqə saxladığınız maskanı ilıq su ilə dərinizdən yuyun. Bir həftə ara ilə hər gün tətbiq edə bilərsiniz.
Çiyələk maskası - Yağlı dərilər üçün daha məsləhətlidir. Bunun üçün 6-7 orta boy çiyələk və 2 xörək qaşığı qatıq istifadə edilir. Çiyələkləri təmizləyib qabda əzin və ona qatığı töküb qarışdırın. Qarışımı təmiz dəriyə əlinizlə vurun. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Ərikli maska - Ərik maskası dəridə ölü hüceyrələri təmizləyir. 3-4 ədəd əriyi 1 çay qaşığı yulaf əzməsi ilə əzib qarışdırın. Əvvəlcədən təmizlənmiş dərinizə vurun. Təxminən 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Alma maskası - bu maska qarışıq dəri tipi olanlar üçün idealdır. Maskanı hazırlamaq üçün 1 ədəd rəndələnmiş alma və 1 xörək qaşığı balı qarışdırın. Əvvəlcədən təmizləyib quruladığınız dərinizə vurun. Həftədə bir dəfə maskanı tətbiq etmək kifayətdir.

Darçın maskası - Darçınlı sızanaq maskası üçün ehtiyac duyulan ərzaqlar 2 xörək qaşığı bal və 1 xörək qaşığı darçındır. Verilənləri birlikdə qarışdırın. Təmiz dəriyə vurduğunuz maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Həftədə 2 dəfə vurmağınız kifayət olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений