Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bu ölkədə hərbi çevriliş: Texnika paytaxta doğru hərəkət edir



Zimbabvedə vəziyyət gərginləşib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, maliyyə naziri İqnatus Çombo saxlanılıb. O, hakim partiyanın liderlərindən hesab olunur.

Hazırda ölkədən bir-birindən fərqli xəbərlər gəlir. Bəzi xəbərlərə görə, hərbi hissələrdən texnika yola çıxıb və paytaxt Harare istiqamətində hərəkət edir. Hərbçilərin teleqülləni tutduğu və partlayışlar törədildiyinə dair ziddiyyətli məlumatlar da yayılır. Hərbçilər baş verənlərin hərbi çevriliş olmadığını, bütün hərəkətlərin cinayətkarlara qarşı yönəldiyini bildirib.

Zimbabvedə ordu komandanlığı bəyan edib ki, prezident Robert Muqabe nəzarət altına alınıb və ölkədə situasiya dəyişib. Bu bəyanat Zimbabvedə prezident Robert Muqabenin vitse-prezident Emmerson Mnanqaqvanı vəzifədən uzaqlaşdırmasından sonra ordu qüvvələrinin paytaxt Hararedə hökumət binalarını nəzarət altına almasının ardınca səslənib.

Xəbərlərə görə, Zimbabve dövlət televiziyası ZBC-nin binasının ordu tərəfindən ələ keçirilməsindən sonra hərbi geyimli iki zabit efirdən silahlı qüvvələrin ölkədə hərbi çevriliş həyata keçirdiyini inkar edib. Həmin zabitlər bildiriblər ki, Muqabe və ailəsi “təhlükəsiz və etibarlı yerdədir”, onların təhlükəsizliyi təminat altındadır.

Qeyd eədk ki, ölkəyə 93 yaşlı Robert Muqabe rəhbərlik edir. O, noyabrın əvvəlində partiyadakı müavini Emmerson Mnanqaqvanı vəzifəsindən azad edib. Sözügedən şəxs hərbi dəstəyə malik idi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений