Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu qəsəbəyə 1 həftədir su verilmir



Bu qəsəbə sakinləri bir həftədir su üzünə həsrət qalıb

Abşeron rayonu  Aşağı Güzdək qəsəbəsinin sakinləri su üzünə həsrət qalıb.

Bu səbəbdən Cebhe.info-ya müraciət edən qəsəbə sakinləri artıq 1 həftədir ki, sularının kəsildiyini bildirib. Sakinlərin dediyinə görə hazırda  maşınlarla və qablarla uzaq məsafədən su daşımaq məcburiyyətində qalıblar: “Biz yayın bu günündə susuz qalmışıq.  Bir həftə ərzində suya 50 manat xərcimiz çıxıb. Heç bilmirik hardan gətirilir. Gətirilən suyu da içmək mümkün deyil. İsti havada suyun olmaması dözülməzdir”.

Cebhe.info məsələ bağlı “Azərsu” ASC ilə əlaqə saxlayıb.  Qurumun mətbuat katibi Anar Cəbrayıllı deyib ki, ərazidə elə də ciddi problem yoxdur: “Amma həm su, həm də kanalizasiya problemi yaranıb.  Su qrafiklə verilir, amma çox az gəlir. Hər halda probelm araşdırılır” deyə qurum rəsmisi bildirib. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений