Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Bu, soyqırımıdır" - Yəhudi icmaları “Ana harayı” abidəsini ziyarət etdilər + FOTO



Fevralın 25-də Azərbaycandakı yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı” abidəsini ziyarət ediblər.

Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmalarının adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.

Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Bakı Dağ Yəhudiləri Dini İcmasinin sədri Milix Yevdayev deyib: "Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahlı azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq”. (Azərtac)

Cebhe.info
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений