Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu yollar yenidən bağlanacaq - Xəbərdalıq



“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Məlumatı Cəbhə.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi verib.

Məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 26-da gecə saatlarında Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (26-27 aprel) qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə açıq olacaq.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений