Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Büdcədəki əlavə 2 milyardın yarısını SOCAR "yeyəcək" - İQTİSADÇI



“Hökumət neftin qiymətinin yüksək olduğu 2006-2013-cü illərdə ilin ortasında büdcəni dəyişmək təcrübəsini yenidən bərpa etdi. Bu bir daha onu göstərdi ki, böhrandan dərs çıxarılmadı. İdarəetmə özünü islah edə, dəyişə bilmədi. Bunun ən bariz nümunəsi büdcə menecmentinin son 20 ildə dəyişilməməsi, iqtisadiyyatı çağrışlarına baxmayaraq çox əski çağlarda qalmasıdı”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə resurdan asılı büdcənin resurs qiymətlərindən asılı olaraq tez-tez dəyişdirilməsi "protsiklik" büdcə siyasəti adlandırılır, peşəkar araşdırma və siyasət mərkəzlərinin heç biri bu siyasəti məqbul saymır: 

“Çünki büdcənin tez-tez dəyişməsi o deməkdir ki, hökumətin orta və uzunmüddətli strategiyaları, hədəfləri yoxdur. Həmçinin nəticə və proqram əsaslı büdcə sisteminə keçilmədiyi, büdcəni xərcləyən qurumların stratei planları və büdcə proqramları, effektiv parlament və vətəndaş cəmiyyəti nəzarəti olmadığı şəraitdə xərclərin daima kəskin arıtırılması səmərəsiz, korrupsiya riskli xərcləmələrə yol açır.

Gələn xəbərlərdən məlum olur ki, 2 mlrd. manata yaxın xərc artımının təxminən yarısı SOCAR-ın dəstəklənməsinə gedəcək. Halbuki Beynəlxalq Valyuta Fondunun büdcə-vergi sistemində şəffaflıq Məcəlləsinin tələblərinə görə büdcə ilə dövlət şirkətləri arasında münasibətlər qnunvericiliklə müəyyən edilmiş çox dəqiq prinsip v mexanizmlərə əsaslanmalıdır. Halbuki bizim qanunvericilikdə dövlət şirkətlərinə hansı halda, hansı meyar və prinsiplər əsasında maliyyə yardımının verilməsi barədə bir müddəa belə yoxdur. Xatırladım ki, ötən il dövlət büdcəsindən SOCAR-a 1.3 mlrd manardan çox büdcə dəstəyi verilib, şirkət isə büdcəyə 1.5 mlrd. manat köçürüb. Belə şəraitdə bəlkə də ən şəffaf yol odur ki, hökumət SOCAR-a 3 və ya 5 illik vergi tətili haqqında qanun qəbul etsin. Onsuz da bu qədər nəhəng şirkət neçə illərdir büdcəyə ödədiyini müxtəlif büdcə kanalları vasitəsilə geri alır”. 

Ekspert qeyd edib ki, Neft Fondunun büdcəyə dəstəyi 2 mlrd. manat artırılır, Vergilər Nazirliyinin büdcə öhdəliyi 500 mln. manatdan çox azaldılır: 

“Səbəb odur ki, əvvəlki illərdə sahibkarlardan artıq həcmdə avans ödənişləri alıblar və onların əvəzləşdirilməsi ehtiyacı yaranıb. Bu artıq etirafdır ki, neçə illərdi sahibkarları "avans ödənişləri" altında artıq vergi yükü altında boğan bir vergi sistemi çalışıb”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений