Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bütün dünyada yay vaxtı ləğv edilərsə... - PSİXOLOQ RƏYİ



Bir neçə gün öncə Azərbaycanda ləğv olunsa da, dünyanın əksər ölkələrində mövcud olan yay vaxtına keçidlə əlaqədar olaraq saatlar geri çəkildi.

Heç kimə sirr deyil ki, fəsil dəyişkənliyi ilə əlaqədar saatların geri və ya irəli çəkilməsi insan orqanizminə təsirsiz ötüşmür.

Yeri gəlmişkən, Avropa Komissiyası (AK) yay vaxtına keçidin ləğv olunmasının məqsədəuyğunluğu məsələsini öyrənir. Ola bilsin ki, bu proses ləğv olunsun.

Maraqlıdır, görəsən, saatların fəslə görə irəli və ya geri çəkilməsi insan orqanizmində hansı fəsadlara gətirib çıxara bilər?

Psixoloq Asəf Kərimov Cebhe.info-ya açıqlamasında qeyd edir ki, saatların çəkilməsi ən çox uşaqlara və yaşlı insanlara təsir göstərir: 

“Məktəbə gedən uşaqlarda bu, yuxu problemlərinin yaranmasına, günə uyğunlaşmada çətinliklərə və diqqətin yayınmasına səbəb ola bilir. Yaşlı insanlarda da həmçinin, bu dövrlərdə yuxusuzluq, daxili gərginlik, fizioloji narahatlıqlarının artması ilə əlaqəli psixoloji narahatlıqların baş qaldırması müşahidə edilir. Ümumiyyətlə, daha çox meteohəssas, ürək, təzyiq problemləri olan insanlar narahatlıq duyurlar ki, bu da insanın stress vəziyyətinə girməsinə və münasibətlərdə gərginliklərə gətirib çıxara bilir”.

Psixoloqun qeyd etdiyi bu məqamların əsasında isə insan orqanizmində mövcud olan bioloji saat və saatın çəkilməsi ilə əlaqədar olaraq baş verən uyğunsuzluq, yəni orqanizmin özü-özünü tənzimləməsində müəyyən problemlərin yaranması durur. Psixoloq eyni zamanda qeyd edir ki, bütün bu təsirlər elə də ciddi fəsadlara yol açmır: 

“Normal insanda sadəcə fizioloji, bəzi narahatçılıqları olan insanlarda isə həm də psixoloji problemlərə səbəb ola bilir ki, bu da adətən bir həftə içərisində orqanizm tərəfindən tənzimlənir. Ona görə də də ötən il Nazirlər Kabinetinin qəbul etdiyi qərar məqsədəuyğundur”.

Qeyd edək ki, dünyada 120 ilə yaxındır tətbiq edilən bu prosedur ötən ildən Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda ləğv olunub.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений