Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Camal Quliyev: "Keyfiyyətə nəzarətin gücləndirilməsi ixracın artmasına səbəb olacaq"



Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar sertifikatlaşdırılması” üzrə təlimi olub.

Tədbirdə iştirak edən Dövlət Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasında aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verib. 

Camal Quliyev həmçinin son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığından danışaraq, 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də, Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını  və  bu sistemin əhəmiyyətliliyini vurğulayıb. 

O, qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений