Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Çeçenlər Salaha 100 kiloqram tort hədiyyə etdilər 



Çeçen azarkeşlər futbol üzrə Misir yığma komandasının  oyunçusu Məhəmməd  Salaha ad günü münasibətilə qeyri-adi hədiyyə bağışlayıblar.

Cebhe.info xəbər verir ki, Məhəmməd Salahın pərəstişkarları ona çəkisi 100 kiloqram olan tort bağışlayıblar. 

"Komanda hava limanından  məyus əhval-ruhiyyədə gələndə  mehmanxananın girəcəyində  onları  qızılı rəngli,  təbrik nitqi ilə yazılmış butsi və  üçmərtəbəli tort gözləyirdi.  Şənlik atmosferini görən Salah və futbolçular gülümsəməyə başladı və doğum günündə şamları partlatdı”- tədbirin şahidi belə deyib. 

Qeyd edək ki, Misir yığma komandası otelə gəlməzdən öncə Uruqvay milli komandasına  0:1 hesabı ilə məğlub olub. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений