Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Çəkilişinə 20 milyon manat xərclənən yol niyə dağılıb? – FOTOLAR



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  2017-ci il, oktyabr ayının 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak etmişdi. Çəkilişinə 20 milyon manat xərclənən yol isə bir neçə ay sonra dağılıb. Maraqlıdır, çəkilişinə milyonlar xərclənən yol niyə dağılıb?

Cebhe.info xəbər verir ki, Şamaxı-Çöl Göylər-Padar yolunda torpaq sürüşməsi baş verib və yolun bir neçə hissəsi yararsız hala düşüb. Şamaxı-Göylər Padarçöl yolunun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Yoldan hər gün istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun 7 hissəsində sürüşmə qeydə alınıb.

Yerli sakin və sürücülərin sözlərinə görə, yolun dağılmasının səbəbi hərəkət edən ağır tonnajlı avtomobillərin və yağan yağışların təsirindəndir. Uzun illər gözlənilən Şamaxı-Göylər-Padarçöl yolunun yenidən qurulmasının sevincini yaşayan insanlar, rahat yolun istifadəyə verilməsinə baxmayaraq, qısa müddətdə dağılmasından əziyyət çəkdiklərini deyiblər. Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə və torpaq sürüşməsinə nəzarətin artırılmasını istəyiblər.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений