Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cəlilabadda 2 ağır qəza: 2 ölü



Cəlilabad rayonunda iki ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin qəza Uzuntəpə kəndində baş verib.

Martın 18-də saat 20 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakini Rəhim Həsənov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Cəmaləddin İmanovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Digər hadisə Göytəpə şəhərində baş verib. Martın 18-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений