Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cənubi Afrika prezidenti istefa verməkdən imtina edib



Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma istefa verməkdən imtina edib.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Afrika Milli Konqresi (ANC) iqtidar partiyası fevralın 13-də dövlət başçısına könüllü şəkildə istefaya getmək üçün 48 saat vaxt vermişdi.
 
Ancaq prezidentdən cavab gəlməyincə partiyadan fevralın 15-də parlamentdə C.Zumaya etibar etməməklə bağlı səs çoxluğu toplayaraq ölkənin hazırkı vitse-prezidenti Siril Ramafosu onun xələfi seçməyə çalışacaqlarını açıqlayıblar.
 
"Xeyr, istefa vermirəm", - deyə prezident SABC telekanalına açıqlamasında bildirib. O eyni zamanda parlamentin qərarına tabe olacağını əlavə edib.
 
Qeyd edək ki, C.Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.
 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений