Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Cənubi Azərbaycandakı hərəkat başsızdır və Bakıda bu haqda kimsə düşünmür” - ELXAN ŞAHİNOĞLU



“Nardaranda məlum olaylar baş verir, İran diqqət mərkəzinə keçir, Gəncədə qarışıqlıq düşür, yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil”. 

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gəncədə baş verən hadisələri şərh edərkən deyib. 

E.Şahinoğlu qeyd edib ki, bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur:

“Qonşu dövlətdə müxtəlif siyasi və dini mərkəzlər və güclü kəşfiyyat sistemi var və hər birində dünyəvi Azərbaycanın zəfiləməsini istəyən qruplar fəaliyyət göstərir. Onları yaxşı tanıyırıqmı, nə edə biləcəklərini proqnozlaşdıra bilirikmi? Heç bizdə düz-əməlli fars dili də tədris olunmur.

Rusiyada İranı araşdıran və fars dilini bilən mütəxəssislərin sayı bizdəkindən çoxdur. Bu haqda təhlükəsizliyimizə problem yaradan hadisədən sonra yox, əvvəl düşünmək və preventiv addımlar atmaq lazımdır. Heç Azərbaycandakı müvafiq dövlət strukturlarının və onlara tabe hansısa araşdırma mərkəzinin bu gün də “İranda və Cənubi Azərbaycanda nə baş verir” sualı üzərində ciddi tədqiqatlar aparıldığına şübhə edirəm. İrandakı mərkəzlər bizi daha yaxşı tədqiq edir və tərəfdarlarından da yararlanırlar. Cənubi Azərbaycandakı hərəkat isə başsızdır və Bakıda bu haqda kimsə düşünmür”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений