Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Çimərliklər bu xəstəlikləri yaradır: BAKI VƏ SUMQAYITDA



Qızmar yay havaları hələ müşahidə olunmasa da, rəsmən iyun ayının 15-dən çimərlik mövsümün açılışı başlanır. Amma  Şıx və Sahil çimərliklərində çimmək tövsiyyə edilmir. 

Bu barədə Cebhe.info-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, bir aya yaxındır ki, çimərlikdə aparılan monitorinqlərin nəticəsi məlum olub:

“Abşeron rayonundakı çimərliklərdən götürülən suyun labarator nəticələrinə görə, ancaq Səbael rayonundakı Şıx çimərliyi və Qaradağ rayonundakı Sahil çimərliyində dəniz suyunda normadan dəfələrlə çox bakteroloji çirklənmə aşkarlanıb. Bununla əlaqədar 83 saylı qərarımız qüvvədə qalır. Yəni həmin ərazilərdə çimmək məqsədəuyğun sayılmır”. 

Xatırladaq ki, bir neçə gün əvvəl Ziyyədin Kazımov vəba və kəskin mədə-bağırsaq xəstəliklərinin prafilaktikası  ilə əlaqədar dəniz suyu və dənizkənarı çimərliklərdən, bakteroloji, toksioloji və radioloji torpaq nümunələri götürülərək Respublika Taun əleyhinə Stansiyaya göndərildiyini deyib. 

Çimərliklərə qoyulan qadağalar Sumqayıt çimərliyinə də şamil edilir:  

“Çünki, Sumqayıt  şəhər baş dövlət sanitar həkiminin müvafiq qərarı var. 9 saylı qərara görə, həmin ərazilərdə də bakterioloji çirklənmə müşahidə olunub”. 

Ziyəddin Kazımov deyib ki, bağırsaq çöpləri kəskin mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb olur.

Qeyd edək ki, Şimal və Cənub rayonlarındakı çimərlikdən götürülmüş labarator müayinələrin tədqiqatları, bu ərazilərdə dəniz suyunun standartlarına cavab vermədiyi məlum olub.

Gigiyena və Epidemiologiya Mərkəzi  məsələ ilə bağlı əlaqədar qurumla məktubla müraciət edəcək ki, həmin ərazilərdə lövhələr yerləşdirilsin və qadağaya məhəl qoymayanlar cəzalandırılsın.

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений