Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ÇL finalının Bakıda keçirilməsi sabah dəqiqləşəcək



AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, 2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq. E.Məmmədov deyib ki, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birgə UEFA-da Yuksek İdarə Heyətinin iclasında iştirak edir: 

“Prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımı qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Bu gün UEFA-da Yüksək İdarə Heyətinin iclası (TEP) keçirilir. 

Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün BOS-un yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" BOS-la birgə mübarizə aparır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений