Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cocuq Mərcanlının su təchizatını bu xidmət sahəsi həyata keçirəcək



2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu məqsədlə subartezian quyusu qazılıb, su xətti çəkilərək bütün yaşayış evləri içməli su ilə təmin edilib. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu”ya məxsus “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin su təchizatını bu xidmət sahəsi həyata keçirəcək.

Noyabrın 17-də “Azərsu” və Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə tanış olan səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə müvafiq tapşırıqlar verib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений