Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Çörək mağazalara belə daşınmalıdır - QAYDALAR



Çörəyin saxlanması və daşınması ilə bağlı narazılığa ara-sıra rast gəlinir.

Bəzən çörəyin açıq formada satılması, digər halda daşnması zamanı maşınların gigiyenik olmaması alıcıların etirazına səbəb olur. 

Cebhe.info əməkdaşı marketlərdən birində çörəyi maşından dükana daşıyan azyaşlının çörəyi yerə salmasının, sonradan yerdən yığmasının şahidi olub.

Bəs çörək necə daşınmalıdır?

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Cebhe.info-ya açıqlamasında bildirib ki, çörəyin daşınması ilə bağlı dövlət standartı mövcuddur.

Bundan başqa həm də dövlətlərarası standart da mövcuddur: “Həmin standartlara görə, çörəyi daşıyan avtomabillər gigeyenik cəhətdən təmiz olmalı, çörəyin soyudulması prosesinin həyata keçrilməsi üçün şərait olmalıdır. Çörək bir-birini əzməmək şərtilə rəflərdə şaquli formada düzülmüş formada daşınmalıdır. Həmin avtomabil mütəmadi olaraq gigiyenik baxışdan keçrilməlidir və təmizlənməlidir”.

Fazil Talıblının sözlərinə görə, çörəyi daşıyan personal da standartlara cavab verməlidir: “Bunlar standartlarda açıq şəkildə öz əksini tapır”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений