hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Daha bir baş nazir “Breksit” ə qurban gedir:Britaniyalılar peşman olub

Daha bir baş nazir “Breksit” ə qurban gedir:Britaniyalılar peşman olub

Böyük Britaniyada “Breksit” əleyhinə etirazların genişlənməsi Avropa Birliyindən çıxmağın tərəfdarı olan Tereza Mey hökuməti üçün ciddi problem yaradıb.

Tereza Meyz Avropa Birliyini tərk etmək üçün razılaşmaların başa çatdığını bildirdiyi bir vaxtda küçələrə çıxan Britaniya vətəndaşları təkrar referendumun keçirilməsini tələb edib. Daha doğrusu, bu referendum “Breksit”in geriyə çağırılması da adlandırmaq olar. Böyük Britaniyanın AB-dən çıxması üçün son tarix bitib. Lakin tərəflər hələ “Breksit”in şərtləri ilə bağlı nə razılığa gələ bilməyib. 

Rəsmi Londondan fərqli olaraq, AB Britaniyanın lazım olan öhdəlikləri yerinə yetirmədiyini bəyan edir. Tereza Mey isə razılaşmaların 95 faiz həyata keçirildiyini bildirib. 
Baş nazir Meyin planını isə nəinki Brüssel, Britaniya müxalifəti və hətta öz partiyadaşları belə tənqid edir. Məhz bunun nəticəsidir ki, London küçələrinə çıxan minlərlə insan “Breksit” məsələsinin yenidən referendum çıxarılması tələbi ilə yürüş keçirib. Ekspertlər hesab edir ki, yaranmış vəziyyət yalnız T.Meyin karyerasına zərbə vurmayacaq, həm də funtun məzənnəsinə və xarici investisiyaların axınına mənfi təsir göstərəcək. 

Tereza Meyin “Breksit” in şərtləri ilə bağlı Avropa Birliyi ilə iki ildir apardığı danışıqlar nəticə verməyib. Ona görə də baş naziri ölkəni dalandan çıxara bilməməkdə ittiham edirlər. Qərb siyasətçiləri onun AB-dən ayrılma planını qəbul etmir. Ölkədə isə narazılığın artması müşahidə olunur. Bu, artıq minlərlə insanın etiraz aksiyalarına çıxmasında özünü göstərir. Londonun ən böyük küçələrindən biri olan “Park-Leyn”də 600 min nəfərin iştirakı ilə yürüş baş tutub. Etirazçılar Aİ-dən çıxarkən onların maraqlarını nəzərə almağa çağırıb. Bəziləri isə öz müqəddəratını təyin etmək məqsədilə təkrar referendumun keçirilməsini tələb edib.

"İki il bundan öncə və ya səs verməyimizə baxmayaraq, biz indi başa düşürük ki, “Breksit” uğursuz olub-Aksiya iştirakçılarının hökumətə ünvanladığı müraciətdə belə deyilir. Xatırladaq ki, 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, ölkə əhalisinin 51,89 faizi Avropa Birliyindən ayrılmağın lehinə səs verib. Həmin hadisədən sonra sabiq baş nazir Devid Kemeron dərhal istefaya getmişdi. Lakin “Breksit”in şərtlərinin qüvvəyə minməsi ilə bağlı Avropa Birliyi ilə London arasındakı danışıqlar nəticə verməyib. Ölkədə bir çoxları may ayında təklif edilən razılaşmanın çox yumşaq olduğunu, AB-də isə işləməyəcəyini düşünür. Bununla yanaşı, razılaşmanın Avropa Parlamentinin təsdiqinə təqdim edilməsi üçün tərəflər dekabr ayına qədər kompromisə gəlməlidir.

Əks təqdirdə, 2019-cu il mart ayının 29-da Böyük Britaniyanın Aİ-dən çıxması bir razılaşma olmadan həyata keçiriləcək, London və Brüssel arasındakı ticarət əlaqələri Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrin ümumi qaydaları ilə müəyyənləşdiriləcək. Rəsmi “Breksit” prosedurlarının işə düşməsi münasibətlərdə keçid dövrü başlanacaq və ayrılma prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Brüssel bu prosesin uzadılmasını təklif etsə də London arzuolunmaz hesab edir. 

Tereza Mey oktyabrın 23-də Britaniya parlamentindəki çıxışında verdiyi açıqlamada “Breksit”in şərtlərinə dair Avropa Birliyi ilə sazişin 95 faizinin yerinə yetirildiyini deyib. "Biz təhlükəsizlik və nəqliyyat məsələləri ilə bağlı razılığa gəlmişik. Durgunluq nöqtələrindən yalnız İrlandiya sərhədinin problemi qalır. Həlli gecikən məqamlar arasında İrlandiya ilə sərhədlər məsələsi qalır"-xanım Mey belə deyib.

Söhbət Şimali İrlandiyanın Avropa Birliyinin ümumi bazarının tərkibində saxlanılmasından və gömrük ittifaqının razılaşdırılmamış mexanizmlərindən gedir. 

Lakin ötən həftə Brüssel sammitindən sonra bir sıra KİV-lər rəsmi mənbələrə istinadən 27 Avropa ölkəsinin liderlərinin Londonla danışıqlarda irəliləyişin olmamasından məyus olduğunu bildirib. Ekspertlər isə funt sterlinqin məzənnəsinin düşməsinin bazarlara təsir edəcəyini təhlil edir. Ona görə də Tereza Meyin istefaya gedəcəyi və funtun dəyər itirəcəyinə dair proqnozlar artmağa başlayıb. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4645