Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Danışa bilən nitq generatoru yaradıldı - “Google”-dan yenilik



“Google” korporasiyasının mütəxəssisləri canlı insan səsindən fərqlənməyən və danışa bilən nitq generatoru yaradıblar. “Tacotron-2” adlı sistem mətni nitqə yüksək keyfiyyətlə çevirə bilir.

AzNews.az xəbər verir ki, proqram neyroşəbəkələrdən ibarətdir. Birinci neyroşəbəkə mətn əsasında spektroqram yaradaraq “WaveNet” adlı ikinci alqoritmə ötürür. “WaveNet” onu səsləndirir.

“Tacotron-2” çətin tələffüz olunan sözlərin öhdəsindən asanlıqla gəlir və vərəqdən oxuyaraq durğu işarələrini nəzərə alır. Sistem cümlənin sonunu və başlanğıcını intonasiya ilə ayırır.

Proqramın işinin nümunələri artıq sistemin səhifəsində yerləşdirilib. Yeni sistemin tezliklə tətbiq olunması gözlənilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений