Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Daşkasəndə kişi iki uşaq anasını öldürdü - Qeyri-rəsmi nikahda yaşayırmışlar



Daşkəsəndə kişi qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib.

Report.az xəbər verir ki, rayonun Əhmədli kənd sakini 1982-cü il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən qətlə yetirilib. Məlumata görə o, qadının baş nahiyəsinə küt alətlə vurularaq onu qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Məlumata görə, M. Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda 120.1 ( Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений