Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Daşkəsəndəki qətl haqda POLİS idarəsi danışdı - ÖZƏL



Rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb. Ailənin bir azyaşlı övladı var. 

Daşkəsən Rayon Polis İdarəsindən Cebhe.info-ya verilən məlumata görə qətl haqda mərhumun atası polisə məlumat verib. Daha sonra Polis İdarəsinin işçiləri hadisə yerinə baş çəkib. Hazırda meyitin morqda saxlanıldığı deyilir. Hadisə ilə əlaqədar olaraq qonşular, digər şəxslər dindirilməyib. 

Daşkəsən Rayon Polis İdarəsindən Cebhe.info-ya verilən məlumata görə Həsənov Ramilin hər hansı psixoloji problemi olmayıb: “Qısqanclığa səbəb olan hadisə haqda məlumatsızıq. Hələlik ki, ilkin məlumata görə hadisə qısqanclıq zəmnində baş verib. Ola bilər ki, yenilənən məlumatlara əsasən ilkin informasiyalar təsdiqini tapmasın. Hazırda əməkdaşlarımız da morqdadır”.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений