Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DÇ-2018: Xorvatiya finalda!



Rusiyada keçirilən futbol üzrə dünya çempionatında növbəti finalçı məlum olub.

Cebhe.info xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda keçirilən yarımfinal oyununda Xorvatiya millisi ilə İngiltərə seçməsi üz-üzə gəlib. Oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatıb.  Hesabı ingilislər açıb.  Oyunun 5-ci dəqiqəsində Kiran Trippyer fərqlənib. Xorvatlar yalnız hesaba oyunun ikinci yarısında tarazlıq gətiriblər.  İvan Perişiç 68-ci dəqiqədə hesabı bərabərləşdirib. İkinci hissənin qalan vaxtı qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib.

Komandalar əlavə 30 dəqiqə mübarizə aparıblar. 109-cu dəqiqədə Malcukiç İngiltərənin qapısına 2-ci qolu vurub.

Oyun bu hesabla da başa çatıb. Oyunun nəticəsinə əsasən Xorvatiya komandası finala vəsiqə qazanıb. Qeyd edək ki, DÇ-2018-in ilk finalçısı iyulun 10-da keçirilən Fransa-Belçika matçında müəyyənləşib. Fransa komandası 1-0 hesabı ilə qalib gələrək finala çıxıb. Dünya çempionatının Fransa-Xorvatiya final oyunu iyulun 15-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений