Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dəhşətli qiyamət ssenariləri: Bu dəfə nazirlik əməkdaşının dilindən...



“2099-cu ilə qədər dünyada temperatur gedərək artacaq və bunun olduqca pis nəticələri olacaq”.

Cebhe.info xəbər verir ki, qorxunc qiyamət ssenarisini Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin nümayəndəsi və iqlim dəyişmələri üzrə baş müzakirəçi Mehmer Emin Birpinar açıqlayıb. 

Birpınarın sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində bir çox ölkələr kimi Türkiyədə də quraqlıq və orta temperaturun 2099-cu ilə qədər armaqda davam edəcəyi gözlənilir. 

Mütəxəssis bildirib ki, ölkə vulkan və tayfunlar istisna olmaqla, 31 təbii fəlakət növünün gözlənildiyi bölgədə yerləşir. 

İqlim dəyişikliyinin əsrimizin ən böyük problemi olduğuna diqqət çəkən nazirlik təmsilçisi qeyd edib ki, bu şəkildə davam edəcəyi təqdirdə 2030-cu ildə temperatur 2 dərəcə artacaq. 

“Əsrin sonuna qədər isə 4-6 dərəcə temperatur artımı ilə qarşı-qarşıya qalacağıq. Bu da geriyə dönüşü olmayan bir yola girməyimiz deməkdir",-deyə o vurğulayıb. 

Mütəxəssis qeyd edib ki, dəniz sularının səviyyəsi 1880-ci ildən bu yana 20 santimetrdən çox artıb. Üstəlik, 1993-cü ildən bu yana illik artım 2 dəfə artıq olur. 

İqlim dəyişikliyi ssenarilərinə əsasən, 2099-cu ilə qədər davam edəcək  artım gözlənilir. İqlim dəyişikliyi ssenarilərində orta temperaturdakı 1-2 dərəcəlik artımın şiddətli yağışların da bir neçə dəfə artmasını şərtləndirəcəyi vurğulanır. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений