Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputat Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərdən narazıdır



Milli Məclis bu gün payız sessiyasının son plenar iclasını keçirir.

Cebhe.info xəbər verir ki, ilk söz alan deputat Fazil Mustafa 2017-ci il ərzində yaşanan hadisələrə toxunub, görülməli işlərdən danışıb. Bank sektorunda yaradılan süni əngəllərə toxunan deputat bu məsələnin həll olunmasının vacibliyini vurğulayıb: “Sahibkarların pul trasfertlərinə yaradılan əngəllər onları ciddi şəkildə narahat edir”. 

Cümhuriyyətin 100 illinin qeyd olunmasına toxunan deputat görülən işlərin qənaətbəxş olmadığını deyib: “Cümhuriyyətin 100 illiyi ilə bağlı ciddi işlər görülmədi. Müəyyən filimlər çəkilmədi. Prezident öz üzərinə düşəni gördü. Ancaq digər aidiyyatı qurumların fəaliyyəti qənaətbəxş hesab etmirəm”. 

Parlamentin spikeri Oktay Əsədov Fazil Mustafaya cavab olaraq işlərin sərəncama uyğun aparıldığını deyib. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений