Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputat kişilərə “arvadlarınızı döyün” dedi: PREZİDENTİN ACIĞINA



Deputatın "arvadlarınızı döyün" sözü təkcə qadınları yox, bütün cəmiyyəti ayağa qaldırıb. 

Cebhe.info xəbər verir ki, böyük narazılığa səbəb olan çıxışın müəllifi uqandalı deputat Onesimus Tvinamasikodur. 

Uqandanın NTV kanalına müsahibəsində deputat kişilərə müraciətlə "Kişi kimi qadınlarınıza nəzarət etməlisiniz, yola gətirmək üçün döyməlisiniz",- deyib. Çıxışdan dərhal sonra ölkədə deputata qarşı hərəkat başlayıb.

Uqandanın Ailədaxili Zorakılıqa qarşı Mübarizə Mərkəzinin rəhbəri Diana Kegere deputatı dərhal üzr istəməyə çağırıb. Bildirib ki, əks təqdirdə cavabı ağır olacaq. 

Deputat isə bu sözlərini ölkə prezidentinə qarşı söylədiyini deyib. Belə ki, prezident Toveri Musaveni 8 martdakı çıxışında arvadını döyən kişiləri axmaq və qorxaq adlandırıb, deputat isə bu fikirlərlə razılaşmayıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений