Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputatdan Rüstəm İbrahimbəyovu lider seçənlərə sual: “Sizin də “Qafqaz üçlüyünüz" var?”



“Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Qafqaz üçlüyü” filmindən danışarkən deyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda təqdim edib: “Torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən erməniləri isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim etmişdi. Onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o, bu yoldan əl çəkmək istəmir.

Bu nifrət və küdurətlə o hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı. Vaxtilə Rüstəm İbrahimbəyov özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm : Sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz" var ?” 

Qeyd edək ki, kinorejissor Ayaz Salayev də sözügedən filmə iradını bildirib.

O deyib ki, filmdə azərbaycanlılar aşağılanır və vəhşi, ermənilər isə ağıllı, təfəkkürlü, yazıq millət formasında nümayiş olunur. 

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun ssenaristi olduğu filmdə azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və ciddi müzakirələr yaradıb. 

Xatıqladaq ki, 2013-cü ildə də Rusiya mətbuatına müsahibə verən Rüstəm İbrahimbəyov ermənilərin bizim düşmənimiz olmadığını demişdi.

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений