Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputatlar pul ayırmaqdan imtina etdi - ÇL-in finalı üçün



Kiyev şəhər soveti Çempionlar Liqasının finalını keçirmək üçün pul ayırmaqdan imtina edib.

Komanda.az xəbər verir ki, şəhər sovetinin deputatlarına “Paytaxtın gənclər və idman proqramı”na dəyişiklik etmək üçün layihə təqdim olunub. Layihəyə görə, şəhər soveti Çempionlar Liqasının finalının keçirilməsi üçün 25 milyon qriven (750 min avro) ayrılmasına icazə verməliydi.

Ancaq deputatlar bu məbləği ayırmaqdan imtina ediblər. 51 deputat layihənin lehinə, 61-i isə əleyhinə səs verib. 29 deputat isə bitərəf qalıb.

2017/2018 mövsümünün Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə keçiriləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений