Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Diktator iddialı görünür: Ölkə müharibəyə hazırlaşır



Şimali Koreya yenidən raket buraxmağa hazırlaşır. Dünya ölkələrinin və beynəlxalq təşkilatların bütün etirazlarına baxmayaraq, rəsmi Pxenyan iddiasından əl çəkmir.

Cebhe.info xəbər verir ki, bunu ABŞ kəşfiyyatı əldə etdiyi örüntülərə istinadən bildirib. 

Kəşfiyyat materiallarına görə, Pxenyan raket buraxılışını yaxın günlərdə gerçəkləşdirəcək. Şimali Koreya ərazisində mobil raket qurğularının yerləşdirilməsi və hazırlıq qeydə alınıb. 

Qeyd edək ki, son olaraq 11 sentyabrda BMT Şimali Koreyanın raket sınaqları ilə bağlı qətnamə qəbul edib. Bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunub. Lakin görünür son sənəd də Şimali Koreya lideri Kim Çen Inı fikrindən daşındırmayıb. 

Bəzi mənbələr isə yeni raket hazırlıqlarını həm də müharibə hazırlığı kimi dəyərləndirir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений