Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Diktator prezidenti aldatmağa çalışsa: MÜHARİBƏ OLACAQ 



ABŞ-la Şimali Koreya arasında münasibətlər  düzəlmədən daha bir gərginlik dönəmi başlayır. 

"Əgər Şimali Koreya nüvə proqramına dair danışıqlardan çəkilərsə, ABŞ diplomatik metodlardan imtina etməli olacaq".

Cebhe.info xəbər verir ki, bu fikri Respublikaçılar Partiyasından olan senator Lindsi Qrema səsləndiirb.

Senatorun fikrincə, bu halda problemin yeganə həll yolu kimi hərbi həll seçiləcək.

Siyasətçi bildirib ki, hərbi yol iki halda da mümkün olacaq: "Əgər onlar danışıqlara gəlməsələr və ya gəlib prezident Trampı aldatmağa cəhd etsələr, hərbi həll yolu seçiləcək. Bu isə o deməkdir ki, problemin yeganə həll yolu hərbi yol olacaq, bunda isə biz yox, onlar uduzacaq". 

Senator onu da diqqətə çatdırıb ki, prezident Tramp Şimali Koreya ilə olan problemi yoluna qoymaqda israrlı olduğunu ona şəxsən deyib: "Prezident çalışır ki, danışıqlardan iki tərəf də udsun. Biz onları nüvə proqramından çəkindirməyə çalışırıq". 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений