Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dilqəm Əsgərovdan xəbər var



Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub.

Bu barədə Modern.az-a erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov atası tərəfindən hər hansı məktub, video göndərilmədiyini bildirib:

“Dekabrın 12-də mənə zəng vurub növbəti başçəkmə olduğunu dedilər. Bildirdilər ki, atam nə məktub yazıb, nə şəkil, nə də video göndərib”.

K.Əsgərov atasının hər hansı vasitə ilə onunla əlaqə saxlamaq istəməməsinin anlaşılmaz olduğunu bildirib:

“Niyə, hansı səbəbdən, bax bunu mənə deyən yoxdur”.

BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dekabr ayında başçəkmə olduğuna dair məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений