Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: "Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır "



Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir.Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.

Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:

"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb.O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Ərziman Əliyev artıq pensionerdir.Özünüzdə bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir.Pensiya müddətində isə o, adi şəxsdir.Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır.İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil". 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений