Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dmitri Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi



Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”də bu ilin ən yaxşı oyunçusu müəyyənləşib.

1400 azarkeş arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, D.Nazarov ən yaxşı oyunçu seçilib. O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.

Qeyd edək ki, D. Nazarov 2017-ci ildə Aue təmsilçisi ilə Almaniya ikinci Bundesliqasında 11 qol vurub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений