Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DMX rəhbəri: “Qeydiyyat üçün heç bir rüsum tələb olunmur”



Dövlət Miqrasiya Xidməti ilə ASAN-Xidmət arasında əməkdaşlıq genişlənib. Artıq xarici vətəndaşların ölkə ərzisində qeydiyyata düşməsi bütün ASAN-Xidmətlərdə həyata keçirilir.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov özü məlumat verib. V.Hüseynov qeydiyyat üçün heç bir ödənişin tələb olunmadığını da vurğulayıb: 

“Əcnəbilərin (xarici vətəndaşların) olduğu yer üzrə qeydiyyatı artıq ölkəmizdə olan bütün ASAN-Xidmət mərkəzlərində həyata keçirilə bilər. Keçən həftə başladıqda bu xidmət yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi. Regionlarımızın sakinləri və qonaqlar bu mərkəzlərdə asan formada qeydiyyata düşə bilərlər. Xidmət üçün rüsum/ödəniş yoxdur”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений