Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Dollar kreditlərinə görə vətəndaşa yox, SOCAR-A kömək edildi"- EKSPERT



“Devalvasiyalardan sonra vətəndaşlara dollar kreditlərinə görə kömək edilmədi, amma dövlət qat-qat artığını SOCAR-a edir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qulu İbrahimli deyib.

O qeyd edib ki, SOCAR hesabatında 2017-ci ildə Maliyyə Nazirliyindən, yəni dövlət büdcəsindən 1,2 milyard manat borc götürdüyü görünür:

“Bu vəsait böyük ehtimala Beynəlxalq Bank vasitəsilə Mərkəzi Bankdan illər öncə əslində dollarla götürülən, lakin manatla ifadə olunmuş borcun bir hissəsidir. Mərkəzi Bank da 2017-ci ildə guya öz mənfəətindən dövlət büdcəsinə ayırma adı ilə balansından silib. Həmin vəsait dövlət büdcəsinin mədaxilində əks olunmayıb. Halbuki dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsilə "giriş-çıxışı" edilərkən büdcədə əksini tapmalıydı. Hesab edirəm ki, bu borcu SOCAR dövlət büdcəsinə qaytarmayacaq. Elə büdcədən guya SOCAR-a subsidiyalar adı altında silinəcək.

Dövlət büdcəsindən və Neft Fondundan SOCAR-a verilən dəstəyin məbləği bununla kifayətlənmir, bundan dəfələrlə çoxdur. Devalvasiyalar nəticəsində xarici valyutada kreditlərə görə acınacaqlı vəziyyətə düşmüş vətəndaşlara heç bir dəstək olunmadı. Əslində, SOCAR-a göstərilən səxavətin bir hissəsi vətəndaşların valyutada kredit borclarına göstərilsəydi, həm vətəndaşlara, həm də kommersiya banklarına böyük kömək olardı”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений