Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Dollar o vaxt bahalaşacaq ki..." - EKSPERT



ABŞ-ın 10 illik Xəzinə istiqrazlarının faizinin yüksəlməsi dolların digər valyutalar qarşısında dəyər qazanmasına səbəb olub. Faizin mərhələli olaraq, ilin sonunda 3. 15-ə qalxacağı, bildirilib. Dolların daha da dəyər qazanacağı  gözlənilir.  

Dollar Avro qarşısında da bahalaşıb. Avronun 1% -ədək ucuzlaşacağı gözlənilir.

Bəs, dünya bazarında dolların dəyərinin artmasının Azərbaycana təsiri gözlənilirmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-da istiqrazlarının qiymətinin artmasının Azərbaycanın qiymətli kağızlar bazarına birbaşa və ya dolayısı ilə təsiri yoxdur: 

“ABŞ-da istiqrazların artması həmin ölkədə valyutanın dəyərinin artıb-azalması ilə müşahidə oluna bilər. Xarici valyutanın Azərbaycana təsiri ölkədəki proseslərlə bağlıdır. Azərbaycanda həm valyuta ehtiyatlarının yetərincədir. Həm də manat “üzən məzənnə”-yə keçsə də, əslində idarə olunan məzənnədir. Hərraclarda hər hansı bir dəyişikliklər baş vermir. 5 ay öncə də dollar 1.70-ə hərraca çıxarılırdı, bu gün də eyni vəziyyətdir. Bu onu göstərir ki, Mərkəzi Bank müxtəlif elementlərlə dolların kursuna müdaxilə edir. Digər Banklar dolları Mərkəzi Bankın tətbiq etdiyi siyasətlə alırlar”. 

İqtisadçı bildirir ki, o zaman dolların bahalaşmasının Azərbaycana təsiri ola bilər ki, həqiqətən “üzən məzənnə”siyasəti tətbiq olunsun. Ölkəmizdə isə bu siyasətin elementləri görünmür. Mərkəzi Bank müxtəlif vaistələrlə çalışır ki, ölkədə valyutanın dəyərini sabit saxlasın: 

“Bu ölkə iqtisadiyyatında  sabitliyin yaranması baxımından önəmlidir”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений