Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dollara tələbat artıb: Manat ucuzlaşacaq?



Ölkədə valyutaya ehtiyac artır. İlin əvvəli olmasına baxmayaraq hərraca çıxarılan dollar tələbdən az olub. Belə ki, yanvarın 9-da Mərkəzi Bankda Dövlət Neft Fondunun (DNF) da iştirakı ilə növbəti valyuta hərracı baş tutub.Məlumata görə, bu dəfə hərraca ümumilikdə 55 milyon dollar çıxarılıb.Ancaq hərracda dollara tələb bundan artıq 56 milyon 100 min dollar olub.Dollara təlabatın artması isə bir sıra narahatçılıqlara səbəb olur.Valyuta çatışmazlığı ilk növbədə dolların məzənnəsinin artmasına təhlükə yaradır.Nəzərə alsaq ki, baş verən iki kəskin devalvasiyadan sonra hərracda bu kimi problemlər mütəmadi olaraq yaşanırdı.Bunun məntiqi nəticəsi kimi, manat o, dövrdə 1.92 həddinə qədər ucuzlaşmışdı.Maraqlıdır, bu dəfə də eyni hal yaşana bilərmi?

Məlumdur ki, Mərkəzi Bank üzən məzənnə rejiminə keçid edib və belə olduğu təqdirdə məzənnəni bazar, yəni, tələb və təklif formalaşdırmalıdır.Ancaq ölkənin maliyyə sferasında vəziyyət bir qədər fərqlidir.Mərkəzi Bank məzənnəni bazarın ümidinə buraxmaq niyyətində deyil.Bu baxımdan bank süni alətlərdən istifadə edərək məzənnəni müəyyən çərçivədə saxlamağa çalışır.Ötən ilin aprel ayından etibarən məzənnənin 1.70 (dollar-manat) civarında sabit qalması bunu deməyə əsas verir.Bu baxımdan hazırda gedən proseslərin də manatın ucuzlaşmasına səbəb olacağını demək çətindir.Məzənnə süni şəkildə tənzimləndiyi üçün hökumətin buna gedəcəyini gözləmək yersizdir.Digər tərəfdən, dövriyyədə olan manat kütləsinin həcmi kifayət qədər azdır.Bu iqtisadi tarazlığa ciddi şəkildə təsir göstərsə də, məzənnənin sabit qalmasına xidmət edən başlıca amillərdən biridir.Hökumət dövriyyədə olan manat kütləsini azaltmaqla milli valyutaya süni tələbat yaradır.Bununla da dolların manat üzərində olan təzyiqi müəyyən qədər azalmış olur.Digər tərəfdən, ekspertlər hesab edir ki, valyutaya tələbatın yüksək olması müvəqqəti haldır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında dollara tələbin artmasını bir neçə amillə əlaqələndirib. Onun sözlərinə görə valyutaya tələbatın artması məzənnəyə təsir göstərməyəcək: 

“Hesab edirəm ki, bu indiki məqamda dolların məzənnəsinin dəyişməsinə təsir edə bilməz. Ola bilər ki, il yeni başladığı üçün hansısa bankın müştəriləri dollar ödənişləri edir və bu da dollara ehtiyac yaradır. Amma dollara ciddi tələbatın yaranması üçün obyektiv səbəb yoxdur. Digər tərəfdən, ola bilər ki, bəzi banklar və müştəriləri ilin sonu üçün hər ehtimala qarşı müəyyən xərclərə görə milli valyuta saxlamışdılar. Amma artıq ilin əvvəlində qalan pulları valyutaya çevirmək istəyiblər.Yəni, bu müvəqqətidir və davamlı olmayacaq”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений