Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət Dil Komissiyasının iclası keçirilib



Azərbaycan Dövlət Dil Komissiyasının iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli akademiyanın təşkilatçılığı ilə magistr və doktorantlar arasında keçirilən “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi haqda məlumat verib.

T. Kərimli bildirib ki, 140 nəfər müsabiqədə iştirak üçün qeydiyyatdan keçib. I mərhələdə 120 nəfər iştirak edib, II mərhələyə isə 57 nəfər buraxılıb. Qaliblər 57 nəfərin arasından seçilib. I yerin qalibi bir nəfər, II və III yerlərin qalibləri isə bir neçə nəfər olub.

Daha sonra qaliblər mükafatlandırılıb. I yerə 1500, II yerə 1200, III yerin sahiblərinə isə 1000 manat məbləğində pul mükafatı verilib.

Dövlət Dil Komissiyası sədrinin müavini, AMEA prezidenti Akif Əlizadə Azərbaycan ədəbi qaydalarının pozulmasına qarşı maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.

Komissiyanın üzvü, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, terminologiya sahəsində ciddi işlər aparılır, dilə daxil olan yeni terminlərin qarşılığı tapılır: “Orfoqrafiya qaydalarının yenidən işlənməsinə ehtiyac var idi ki, artıq yeni orfoqrafiya qaydaları hazırlanaraq orfoqrafiya komissiyasına göndərilib”.

İ. Həbibbəyli deyib ki, qrammatika qaydalarına da yenidən baxılmalıdır: “Azərbaycan dilinin qrammatikasının hazırlanmasından 50 il keçir. Artıq Dilçilik İnstitutunda qrammatikanın hazırlanması da müzakirə edilir”.

İclas çıxışlarla davam etdirilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений