Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb



Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə səfiri Erkan Özoral ilə görüşüb.

Komitədən  verilən məlumata görə, S.Mehdiyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji əməkdaşlıq münasibətlərindən bəhs edib. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Məhz iki ölkə rəhbərinin birgə səyləri nəticəsində, eləcə də tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın, qardaş ölkələrdir.

S.Mehdiyev ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcək.

Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrə gəlincə, S.Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Ölkəmizdə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən DGK sədri bu islahatların türkiyəli iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün geniş imkanlar yaratdığını vurğulayıb.

E.Özoral öncə S.Mehdiyevi Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışdığını qeyd edib. Səfir bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi proseslərində öz töhfəsini bundan sonra da əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений