Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dövlət qulluğu haqqında qanunvericilik dəyişir



"Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib". 

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib. 

Onun sözlərinə görə, layihədə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib: "Bu da ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir. Dövlət qulluğu vəfizələri fərqli olduğu kimi, onların tutulması da fərqlidir.

B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluğu üzrə qanunvericiliyə dəyişikliklər etməklə normativ-hüquqi baza formalaşdırılır: "Hesab edirik ki, oktyabrda birinci test imtahanlarını keçirəcəyik. Bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. Dövlət qulluğuna test imtahanlarında sertifikat almaq üçün müvafiq keçid balları olacaq".

Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений