Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dövlət qurumları çəkişir: Cəzasını xalq çəkir



2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və iqtisadi təsnifatın “Məhsula görə ödənişlər” xərc maddəsindən “Azəristiliktəchizat” ASC-yə təsərrüfat fəaliyyətinin maliyyə nəticələri üzrə yaranmış zərərin ödənilməsi üçün 22 milyon 614.754 min manat subsidiya ödənilib. Lakin Vergilər Məcəlləsinin 104-cü və 106-cı maddələrinin tələblərinə əməl edilməyərək ƏDV-siz 19 milyon 165 min 45.7 manat məbləğində subsidiya gəlirə aid edilməyib.

“Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Bülletendə qeyd edilib ki, ASC tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə tam əməl edilməyərək büdcəyə çatası ƏDV 239.485 min manat az hesablanıb, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əməl edilməyərək vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş vəsaitdən 2015-ci il üzrə 113 min 912,5 manat və 2016-cı il üzrə 304,665 min manat ödəmə mənbəyində vergi tutulmayıb. Dövlət qurumu tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin tələblərinə tam əməl edilməyərək auditlə əhatə olunan dövr üzrə 1 milyon 316 min 856.4 manat ƏDV məbləği gec ödənilib, ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsində 658 min 428.2 manat maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub.

Qurumları üz-üzə qoyan səbəblər

Görünən budur ki, “Azəristiliktəchizat” hansısa səbəbdən əldə etdiyi gəlirlərin bir hissəsini gizlədib. Dövlət qurumlarını üz-üzə gətirən əsas səbəblərdən biri bu ola bilər. Bunu da ehtimal etmək olar ki, gəlirlərin vaxtında və düzgün qaydada təqdim edilməməsini gecikdirən, bir sıra hallarda isə əldə edilən gəlirlərin bilərəkdən, yaxud, texniki yanlışlıq olaraq az təqdim edilməsi qurumda araşdırmaların aparılmasını labüd edib. Hesablama Palatasının monitorinqlərə Vergilər Nazirliyinin bir neçə dəfə bununla bağlı “Azəristiliktəchizat” rəhbərliyinə xəbərdarlıq etməsi və bu xəbərdarlıqların gözardı edilməsindən sonra başladığı da ehtimallar arasındadır.Hesab etmək olar ki, qurumun xəbərdarlıqlara baxmayaraq öz səhvlərini düzəltməməsi Vergilər Nazirliyini aiddiyyatı qurumlara müraciət etmək məcburiyyətində qoyub, məhz bundan sonra palata işə əl qoymalı olub. Ehtimal etmək olar ki, gəlirlərin az göstərilməsi korrupsiya halı kimi də dəyərləndirilə bilər. Bu da son zamanlarda narazılıq yaradan fəaliyyəti ilə bağlı diqqət mərkəzində olan “Azəristiliktəchizat” ətrafındakı “həlqə”ni bir qədər də sıxa bilər.
İslahat anonsu

Monitorinqlərin indiki vaxtda - soyuq ayların başlaması ilə aparılmasına gəlincə, “Azəristiliktəchizat” qış aylarında dövlət qurumlarına yarıtmaz fəaliyyətinə görə şikayət olunan əsas dövlət strukturlarından biridir. Bir çox hallarda baxılmayan şikayətlər və əhalinin istiliyə olan tələbatının ödənilməsi işində səthi fəaliyyətinə tutulmayan iradlar  “Azəristiliktəchizat”da arxayınlıq yaratmışdı. Artıq qış aylarının başlaması ilə əlaqədar qurumun üzərinə böyük yük düşəcək ki, indiyədək həll edilməyən problemlər əhali arasında yenidən narazılıq yarada bilər.Buna görə də hesab etmək olar ki, Hesablama Palatasının apardığı monitorinq “Azəristiliktəchizat”a bir xəbərdarlıqdır. Bu xəbərdarlıq qurum rəhbərliyi tərəfindən göstərilən istiqamətdə qiymətləndirilməyəcəyi halda, burada islahatların başlayacağı da labüd ola bilər.

Hesab etmək olar ki, gəlirlərin vaxtında sənədləşdirilərək təqdim edilməsi və cərimələrin vaxtında ödənilməsi, o cümlədən, mövcud sahədəki problemləri aradan qaldıracağı ilə bağlı quruma vaxt veriləcək.Veriləcək vaxtda “Azəristiliktəchizat”ın işinə hansı formada məsuliyyətli olacağı, qurum rəhbərliyinin gələcək taleyinə aydınlıq gətirə bilər.

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений