Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət qurumları iş yerlərini gizlədir - NİYƏ?



Ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının iclasında sədr Məleykə Abbaszadə dövlət orqanlarının vakant yerlər haqqında məlumatları gizlətdiyini deyib.“Dövlət İmtahan Mərkəzi (DİM) vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərib.

Bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur”-deyə DİM rəhbəri çıxışında bildirib.Məlumdur ki, bu gün ölkədə işsizlik problemi var. Bu problemin aradan qaldırılması üçün hökumət müəyyən işlər görsə də, problem hələ də qalmaqdadır.Dövlət orqanlarının vakant yerləri gizlətməsi isə işsizlik probleminin həllində müəyyən əngəllər yaradır.Maraqlıdır, dövlət qurumları vakant yerləri gizlədir?

Sosioloq  Ağasəlim Həsənov “Cümhuriyət”qəzetinə şərhində vakant yerləri gizlədən rəhbər şəxslərin məsuliyyətə cəlb olunmasının vacib olduğunu deyib:

“İstənilən dövlət müəssisəsinin bu cür davranışı qanunvericilik baxımından da qadağandır. Əgər hansısa bir təşkilatda vakansiya yerləri varsa, işə qəbul zamanı mütləq qayda da göstərir.Hər bir vətəndaş göstərilən boş yerləri tutmaq üçün müsabiqədə iştirak edib mübarizə aparmaq haqqına sahibdir.Əlbəttə ki, bu işsizliyə də müəyyən qədər təsir edir.Təbii ki, bəzi dövlət qurumları bizə məlum olan və olmayan səbəblərdən həmin boş yerləri gizli saxlayırlar. Hansı ki, işsiz olan bir Azərbaycan vətəndaşı, deyək ki, müəllim, həkim həmin müsabiqədə iştirak edib iş əldə edə bilər. Bu kimi hərəkətlər qanunla tənzimlənməlidir.Bəlkə də qanunvericilkdə də müəyyən boşluqlar var. Bütün hallarda boş olan vakant yerləri gizlədən hər hansı bir təşkilatın sədri məsuliyyət daşıyır.Belə bir addım atan qurum rəhbərinin bu səhvi bağışlanmamalıdır”.

Bunun işsizlik probleminə təsiri məsələsinə də toxunan ekspert əlavə edib ki, vakant yerlərlərin gizlədilməsinin işsizliklə birbaşa əlaqəsi var:

“Təbii ki, istənilən bir ölkədə işsizlik probleminə rast gəlinir. Azərbaycanda da işsizlik  var və bu problemin aradan qaldırılması vacibdir. Əgər sosial-rifah dövlətinin qurulmasından, ədalətli cəmiyyətin qurulmasından danışırıqsa, o, zaman bu kimi halların qarşısı alınmalıdır.İnzibati qayda da olsa da həmin rəhbər şəxslər öz layiqli cəzalarını almalıdır. Həmin rəhbər şəxslər mövcud olan işsizlik səviyyəsini bu cür süni maneələr yaratmaqla bir az da artırmış olur. Əgər hansısa təşkilatda müxtəlif səbəblərdən bir neçə boş yer saxlanılırsa, təbii ki, bu da işsizliyin artmasına səbəb olan faktorlardan birinə çevrilir”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений