Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dövlət qurumları "Təmiz şəhər"ə borcludur: SİYAHI



“Təmiz Şəhər” ASC 2016-cı ilin sonuna debitor borclarının qalıqlarının məbləğini və strukturunu açıqlayıb.
 
Cebhe.info xəbər verir ki, müvafiq məlumat ASC-nin 2016-cı il üzrə maliyyə hesabatında əksini tapıb.

Hesabat “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən aparılıb.
 
Dəyərsizləşmə zərərindən əvvəl cəmi debitor borcların məbləği 12 mln. 563,176 min manat, dəyərsizləşmə zərəri isə 12 mln. 104,207 min mabat təşkil edir. Beləliklə, cəmi xalis debitor borclar 459,969 min manatdır. Ötən il bu rəqəm 1 mln. 822,402 min manat olub.
 
Dövlət şirkətinə borcu olan müəssisələrin adlarına və onların borclarının məbləğinə gəlincə, “Kommunal Xidmətlət Müəssisəsi” MMC “Təmiz Şəhər”ə 6 mln. 933,685 min manat, İxtisaslaşmış Sanitariya-Təmizlik və Kommunal Xidmətlər İdarəsi 4 mln. 832,654 min manat, Sabunçu rayonu KTİ 178,005 min manat, Biləcəri Bələdiyyəsi 129,247 min manat, Nizami rayon MKTB 102,194 min manat, Binəqədi rayon MKTB 45,212 min manat, Nərimanov rayon MKTB 34,295 min manat, Nəsimi rayon MKTB 33,941 min manat, “Azərbaycan Kağız və Karton İstehsalı Zavodu” MMC 30,181 min manat, Binəqədi bələdiyyəsi 30,624 min manat, Xətai rayon MKTB 25,842 min manat, “Az. Ekol” MMC 24,508 min manat, Yasamal rayon MKTB 15,450 min manat, digər kiçik müəssisələr isə 147,338 min manat ödəməlidir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений