Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət qurumu konduktor uşaqla bağlı susur



Bakıda 4 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda azyaşlı uşağın konduktor kimi çalışdığını xəbər vermişdik.

Təxminən 8-10 yaşı olan uşaq avtobusda konduktorluq edir. O, avtobusun ön hissəsində dayanaraq minib - düşənlərdən pul alır.

Görüntülər Səməd Vurğun bağında sərnişindaşıma ilə məşğul olan 4 nömrəli avtobusda çəkilmişdi. Təhsildən yayınan uşağın təhlükəsizliyinin qorunmaması və onun əməyindən istifadə edilməsi məsələsi müzakirə yaradıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələndirmə və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Cebhe.info-ya açıqlamasında bildirmişdi ki, bununla bağlı artıq daşıyıcıya məlumat verilib və məsələnin araşdırılaraq həll edilməsi tapşırılıb.

Maraqlıdır, azyaşlı uşağı sərnişin avtobusunda konduktor kimi çalışdıran sürücüyə hansı tədbirlər görüldü? 

Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələndirmə və Marifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə tədbiri onlar deyil, daşıyıcı görür: “Biz daşıyıcıya bu məsələ ilə bağlı məlumat verdik və göstəriş də verildi ki, məsələ araşdırılsın, belə hal varsa aradan qaldırılsın.

Daşıyıcı Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən uşağın konduktorluq etməsinə şərait yaradan sürücünün müəyyən edilərək barəsində tədbir görülməsini təmin edib. Növbəti dəfə belə hal olarsa artıq həmin sürücü daşıyıcı tərəfindən işdən azad ediləcək. Bundan başqa BNA əməkdaşları da hansı ki, ərazidə marşrut xətlərinin fəaliyyətinə nəzarət edirlər onlar da bu məsələyə diqqəti artırıb. Hər hansı marşrutda belə hal olarsa dərhal tədbir görülməsi təmin edilir”.

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений