Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət tədbirlərində radara düşən sürücülər: Cərimə ödəməyə bilərsiz, əgər...



Müəyyən dövlət tədbirləri keçirilərkən yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollar boşaldılır. Bu zaman yaranan əsas problemlərdən biri də avtomobillərin radara düşməsidir. 

Maraqlıdır, bu məsələ necə tənzimlənir? Sürücü yol-patrul xidmətinin əməkdaşının göstərişi ilə ərazini tərk etdiyi üçün radara düşübsə, bu zaman cəriməni ödəməlidirmi? 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: 

“Bu halda sürücü müraciət edərək bildirməlidir ki, həmin ərazidə xidmət aparan əməkdaşın tələbi lə qaydanı pozub. Məsələ araşdırıldıqdan sonra, sürücününü dediyi fakt təsdiqini taparsa, cəriməyə xitam verilir”. 

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений