Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"DTV Maqazin"in rəhbəri jurnalistlə məhkəməlik oldu - QALMAQAL



“DTV Maqazin”in rəhbəri Ümid Bəbirov yenə qalmaqalla gündəmə gəlib.

Cebhe.info-ya daxil olan məlumata görə, Ümid Bəbirov bu dəfə Nuranə (soyadını dəqiqləşdirə bilmədik- müəl.) adlı jurnalistlə məhkəməlik olub.

Məsələ ilə bağlı Ümid Bəbirovla əlaqə saxladıq. Ü.Bəbirov Cebhe.info-ya açıqlamasında jurnalist xanımın onu təhqir etdiyini və bunun müqabilində məhkəmə müraciət olunacağını deyib: “Tədbirlərin birində xanım jurnalist mənə yaxınlaşıb nəsə sual verdi. Baş qarışıq olduğundan ətraflı cavab verə bilmədim. Hiss etdim ki, xanım bundan incidi. Sonra gördüm ki, Facebook-da dosluğumda var. Xanıma yazdım üzrxahlıq etdim. Xanım isə əvəzində məni təhqir etdi, söyüşlə cavab verdi. Sonra telefonla əlaqə saxladım və telefon danışığımızda da eyni halla rastlaşdım. Sonra xanım mənim şəklimi sosial şəbəkədə paylaşaraq təhqir dolu ifadələr işlətdi. Mən də vəkillə məsləhətləşdim və məhkəmə predmeti olduğu üçün bu işə məhkəmədə aydınlıq gətirilməsinə qərar verdik”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений